Kayıtlar

Avrasiya Materiki

Resim
Avrasiya Avrasiya Ucqar nöqtələri: Şimalda –Çelyuskin burnu, Cənubda-Piay burnu, Qərbdə-Roka burnu, Şərqdə-Dejinyov burnu. Bütün okeanlarla həmsərhəd materik..Avrasiya dünyanın ən böyük materikidir. Avropa və Asiya qitələrindən ibarətdir. Finikiyalıların dilində "Asu" (Asiya sözü buradan götürülmüşdür, mənası şərq, gündoğan deməkdir) və Yereb (Avropa sözü buradan götürülmüşdür, mənası qərb, günbatan deməkdir) sözlərinin birləşməsindən yaranmışdır. Adalarla birlikdə sahəsi 54 milyon kvadrat kilometrdir. Dünyanın quru ərazisinin üçdəbiri Avrasiyanın payına düşür.Avrasiya materiki qərbdən şərqə 16 min kilometr, şimaldan cənuba 8 min kilometr uzanır. Avrasiya 4 yarımkürədə, əsasən ekvatordan şimalda yerləşir. Bəzi adaları ekvatordan cənubdadır. O, şimal-şərqdən Berinq boğazı ilə Şm. Amerikadan, Cəbəllütariq boğazı, Aralıq və Qırmızı dəniz, Süveyş kanalı və Bab-Ül-Məndab boğazı ilə Afrikadan ayrılır. Materikin sahilləri əsasən qər...

Avropanın Relyefi

Resim
    Avropanın Relyefi Avropa Avrasiya materikinin qərb hissəsində yerləşən qitədir. Qitədə regionlar relyefinə görə bir-birindən kəskin fərqlənir. Şimali Avropada yerləşən qədim Skandinaviya dağları bütün Skandinaviya yarımadası boyunca uzanır. Bu dağlar yüksək deyil, onların ən hündür zirvəsi – Qalxepiggen dağıdır (2469 m). Skandinaviya yarımadası 20 min il əvvələ qədər buzlaqlarla örtülü olmuşdur. Hazırda bu ərazilərdə belə buzlaqlar yoxdur, lakin buzlaqların fəaliyyəti nəticəsində yaranan relyef formaları geniş yayılmışdır. Bunlar  moren tirәlәri, tәpәlәri  və  troq dәrәlәridir.  Buz örtüyü əridikdən sonra okeanda suyun səviyyəsi qalxmış, sahilboyu dərələr su altında qalmışdır. Dərələr körfəzlərə çevrilmişdir. Quruya daxil olmuş bu ensiz və dərin körfəzlər  fyordlar  adlanır. Mәrkәzi Avropanın  relyefi üçün düzənliklər səciyyəvidir. Onlardan ən böyüyü Almaniya-Polşa ovalığıdır. Mərkəzi Avropanın Atlantik okeanı sahillərində qurun...