Avrasiya Materiki
Avrasiya Avrasiya Ucqar nöqtələri: Şimalda –Çelyuskin burnu, Cənubda-Piay burnu, Qərbdə-Roka burnu, Şərqdə-Dejinyov burnu. Bütün okeanlarla həmsərhəd materik..Avrasiya dünyanın ən böyük materikidir. Avropa və Asiya qitələrindən ibarətdir. Finikiyalıların dilində "Asu" (Asiya sözü buradan götürülmüşdür, mənası şərq, gündoğan deməkdir) və Yereb (Avropa sözü buradan götürülmüşdür, mənası qərb, günbatan deməkdir) sözlərinin birləşməsindən yaranmışdır. Adalarla birlikdə sahəsi 54 milyon kvadrat kilometrdir. Dünyanın quru ərazisinin üçdəbiri Avrasiyanın payına düşür.Avrasiya materiki qərbdən şərqə 16 min kilometr, şimaldan cənuba 8 min kilometr uzanır. Avrasiya 4 yarımkürədə, əsasən ekvatordan şimalda yerləşir. Bəzi adaları ekvatordan cənubdadır. O, şimal-şərqdən Berinq boğazı ilə Şm. Amerikadan, Cəbəllütariq boğazı, Aralıq və Qırmızı dəniz, Süveyş kanalı və Bab-Ül-Məndab boğazı ilə Afrikadan ayrılır. Materikin sahilləri əsasən qər...